AZ

Venesuela vətəndaşlarının kütləvi axınına hazırlıqla əlaqədar Kolumbiyada təhlükəsizlik gücləndirilib

Kolumbiya sərhədində Venesuela vətəndaşlarının kütləvi axınına hazırlıqlar başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə sərhəd departamentin katibi Eduardo Esquivel bildirib.

Venesuela ilə sərhəddə yerləşən La Paz, San Dieqo və Manaure bələdiyyələrinə, eləcə də Agusin Kodassi, Beserril və Çiriquana şəhərlərinə xüsusi diqqət yetirilir. Vurğulanıb ki, təhlükəsizlik məsələləri gücləndirilib, ərazidə hərbçilərin və polisin sayı artırılıb. Miqrasiya vəziyyəti hazırda sabitdir.

Seçilən
37
1
yeniazerbaycan.com

2Mənbələr