AZ

İndoneziyada daşqınlar nəticəsində 6 nəfər həlak olub

İndoneziyanın şərqindəki Şimali Sulavesi əyalətində yaşayış məntəqələrini bürüyən daşqınlar nəticəsində altı nəfər həlak olub, dörd nəfər isə yaralanıb.

AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Sitaro Adaları Reqentliyi Administrasiyası məlumat yayıb. Bildirilib ki, bir körpə də daxil olmaqla, dörd sakin itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Təsirə məruz qalan məhəllələrdən sakinlər təxliyə edilib. İlkin məlumatlara görə, ümumilikdə 108 nəfər olmaqla 35 ailə köçürülüb. Sel, həmçinin beş evi yararsız hala salıb və Şərqi Siau ilə Cənub-Şərqi Siau rayonları arasındakı yola zərər vurub.

Xatırladaq ki, İndoneziyada yağışlı mövsümdə tez-tez daşqınlar və torpaq sürüşmələri baş verir.

Seçilən
45
1
yeniazerbaycan.com

2Mənbələr