“Real”ın baş məşqçisi Xabi Alonso hücumçu Kilian Mbappenin İspaniya Superkubokunda oynaya biləcəyini istisna etməyib.
Msport.az xəbər verir ki, mütəxəssis futbolçunun vəziyyətinin komandanın Səudiyyə Ərəbistanına yola düşəcəyi ərəfədə həll olunacağını bildirib.
Sol diz bağlarında dartılma aşkar olunan Mbappe bu səbəbdən La Liqada “Betis”lə keçirilən oyunda iştirak etməyib. Alonsonun sözlərinə görə, fransalı hücumçu hələlik heyətdən tam çıxarılmayıb və ona şans verilir.
Baş məşqçi eyni zamanda Mbappenin Superkubokunun keçiriləcəyi Səudiyyə Ərəbistanına komanda ilə birgə gedəcəyini təsdiqləyib.