“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, tanınmış insayder Fabritsio Romano bildirir ki, bir neçə gün əvvəl istefa verən Entso Mareskanı İngiltərəli mütəxəssis Liam Rosenyor əvəzləyəcək.
Rosenyor artıq Londondadır və rəsmi açıqlamanın bu həftənin sonuna qədər verilməsi gözlənilir.
Onun son klubu Fransada “Strasbur” olub.