AZ

Azərbaycanın Milli Qəhrəmanı şəhid Elxan Zülfüqarovun anım günüdür

Elxan Qaçay oğlu Zülfüqarov 1954-cü il yanvarın 5- i Füzuli rayonunun Üçbulaq kəndində anadan olub.

QHT.az xəbər verir ki, hərbi xidmətini Ukrayna SSR-də başa vurduqdan sonra milis işçisi kimi fəaliyyət göstərib. 1988-ci ildə Qarabağ hadisələri zamanı Azərbaycana qayıdıb və 1992-ci ildə könüllü olaraq Milli Orduya qoşulub. Laçın, Qubadlı, Zəngilan və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edib, 40-dan çox əməliyyata qatılıb və kapitan rütbəsi alıb.

1994-cü ilin 5 yanvarında Şükürbəyli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb və Şəhidlər Xiyabanında dəfn edilib.

Ruhu şad olsun!

Seçilən
34
qht.az

1Mənbələr