ain.az bildirir, 525.az portalına istinadən.
“Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edir. İldən-ilə də bu məbləğ artır. Müvafiq tədbirlər görülməsə, qarşısı alınmasa, artım davam edəcək. Ölkədə istehlak kreditləri çox yüksək faizlidir. Bu da təbii ki, vətəndaşlara əlavə yükdür”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a bildirib. O qeyd edib ki, faizin azaldılması üçün müvafiq tədbirlər görülə bilər. Bu, mümkündür. Bu gün dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb. Dövlətlər özləri buna gedirlər ki, iqtisadiyyat canlansın, inkişaf etsin. Azərbaycanda da buna gedilməlidir:
“Əgər istehlak ucuz olsa, iqtisadiyyat canlanar, inkişaf edər. Bu zaman insanların qazancı artar və nəticədə problemli kreditlərin həçmi də azalmağa başlayar”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.