Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Avtomobil qiymətlərinə əsas təsir hökumətin yeni rüsum və vergilərin tətbiqi ilə bağlıdır. Son yeddi il ərzində xüsusilə hibrid və elektrik avtomobillərinə verilən güzəştlər ləğv olunub. Ümumiyyətlə, istənilən vergi və rüsum artırsa və ya güzəştlər aradan qaldırılırsa, bu, avtomobillərin qiymətinə birbaşa təsir göstərir. Bundan əlavə, ölkəyə gətirilən köhnə avtomobillərin rüsumu da xeyli artırılıb".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, bu artım nəticəsində daxili bazarda, yəni Azərbaycanın daxilində ikinci əl avtomobillərin qiymətlərinə də təsir göstəriləcək və müəyyən qiymət artımı müşahidə olunacaq:"Lakin burada nəzərə alınmalı bir məqam var ki, qiymət artımının həddi alıcıların alıcılıq qabiliyyətindən asılıdır. Satıcılar qiymətləri artırmaq istəsələr də, alıcı itirməmək üçün müəyyən səviyyədən artıq qiymət artıra bilməzlər".Ekspert bildirib ki, nəticədə, bazarda müəyyən bir balans yaranacaq və qiymətlər orta səviyyədə sabitləşəcək:"Bazarda ilk vaxtlar dalğalanmalar olsa da, bir müddət sonra qiymətlər təbii olaraq orta məcraya çatacaq".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.