AZ

İranda etiraz aksiyaları güclənir | VİDEO

AzVision.az xəbər verir ki, “Iran International” telekanalının məlumatına görə, davam edən etirazlar fonunda Tehran merinin müşaviri Abdullah Gəncipolisin təmkinlə davrandığını və silah işlətmək hüququ olmadığınıdeyib. O, təhlükəsizlik qüvvələrinin“dözümlülük və yumşaqlıqla təhlükəsizlik nəzarəti” siyasətinə riayət etdiyini bildirib.

Abdullah Gənci, eyni zamanda, etirazların miqyasını azaltmağa çalışaraq, Tehran bazarlarında ticarətçilərin dinc toplantıları istisna olmaqla, aksiya iştirakçılarının sayının 150 nəfəri keçmədiyini iddia edib.



İranda etirazçılar silahlanır| VİDEO
Bununla belə, etirazlar akademik ictimaiyyətə də təsir edib. Şiraz Universiteti, İsfahan Texnologiya Universiteti və İsfahan Universiteti də daxil olmaqla bir neçə universitetdə imtahanlar bir həftəlik təxirə salınıb.

“Bu qərar tələbə etirazlarının artması fonunda universitet rəhbərliyi tərəfindən rəsmən təsdiqlənib”, - Şiraz Universitetinin administrasiyasından bildirilib.

“HRANA” hüquq müdafiəsi təşkilatının məlumatına görə, etirazlar ardıcıl səkkizinci gündür ki, davam edir və 26 əyalətdə 78 şəhərdə 222 icmaya yayılıb. Nümayişlər, tətillər və tələbələrin iğtişaşlar yaşanır.

- Təsdiqlənmiş məlumatlara əsasən, ölənlərin sayı 20-yə çatıb, onlardan 19-u mülki şəxs, biri isə təhlükəsizlik işçisidir. Ən azı 51 nəfər, əksəriyyəti rezin güllə və qranullardan yaralanıb”, - təşkilat bildirir.

Etirazlar əvvəlcə əmək tətilləri və peşə yığıncaqları ilə başlayıb, sonra isə küçə etirazlarına və hökumət dəyişikliyi tələbi ilə tələbə nümayişlərinə çevrilib.

Buna parallel olaraq, hakimiyyət ölkənin bir sıra bölgələrində internetə çıxışı məhdudlaşdırıb. Yanvarın 3-ü axşam saatlarından etibarən etirazların ən aktiv olduğu ərazilərdə xidmətin əhəmiyyətli dərəcədə pisləşdiyi və ya tamamilə bağlandığı bildirilir. İstifadəçilər mesajlaşmada ciddi pozuntular yaşandığını və videoları endirməyin mümkün olmadığını iddia edirlər.



Oxşar xəbərlər Əsədabad, Kirmanşah, Dezful, Məlekşahi, Mallard, Mərvdəşt, Kuhdəşt, Borazcan, Məşhəd, Şiraz və Tehranın müəyyən bölgələrindən gəlir. Lokal xarakterli məhdudiyyətlər ilk növbədə ən sərt şəkildə etiraz fəallığının gücləndiyi ərazilərdə tətbiq edilir.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
26
1
azvision.az

2Mənbələr