AZ

Karyerasında fasilə götürməli oldu

Kevin Kampl karyerasına fasilə verməli olub.

"Football-plus.az" xəbər verir ki, o, “Leyptsiq” ilə yollarını ayırmağa qərar verib. Almaniya klubunun yaydığı məlumata əsasən, bu qərar 35 yaşlı futbolçunun şəxsi müraciəti ilə verilib.

Bildirilir ki, Kamplın belə bir addım atmasına ailəsində baş verən hadisələr səbəb olub. Oktyabr ayında qardaşını itirən və hazırda atası ağır xəstəlikdən əziyyət çəkən futbolçu karyerasına ara verərək vaxtını ailəsi ilə keçirmək istəyir. Klub rəhbərliyi sloveniyalı oyunçunun ailəsində yaranmış çətin vəziyyəti nəzərə alaraq onun müqaviləyə xitam verilməsi barədə xahişini anlayışla qarşılayıb. Razılaşmaya əsasən, sözləşmə 2026-cı il yanvarın 31-dən etibarən qüvvədən düşmüş sayılacaq.

“Leyptsiq” rəhbərliyi Kampl üçün xüsusi vida mərasimi təşkil edəcək. Mərasim yanvarın 17-də bundesliqanın “Bavariya” ilə keçiriləcək oyunundan əvvəl keçiriləcək.

Kevin Kampl 2017-ci ilin yayından klubda keçirdiyi 9 ilə yaxın zaman ərzində 283 rəsmi oyuna çıxıb, 10 qol vurub və 23 məhsuldar ötürmə edib.

Seçilən
60
1
football-plus.az

2Mənbələr