AZ

"Birinci döyüşçü" niyə qaçırıldı?

ABŞ qüvvələri tərəfindən Venesuelada həyata keçirilən əməliyyat zamanı təkcə prezident Nikolas Maduro deyil, həm də həyat yoldaşı Silia Floresin də Nyu-Yorka aparılması müzakirələrə səbəb olub.

Publika.az "Miliyet"ə istinadən xəbər verir ki, 69 yaşlı Flores illərdir ölkənin ən güclü siyasi fiqurlarından biri hesab olunur və ərinin 2013-cü ildə prezident olmasından sonra Maduronun hakimiyyətinin möhkəmləndirilməsində əsas rol oynayıb.

Milli Assambleyanın sədri olduğu dövrdə "İlk döyüşçü" kimi tanınan Flores, pərdəarxasında Maduronun məsləhətçisi və siyasi yaşamının memarı kimi çıxış edib.

Ekspertlər qeyd edirlər ki, Flores Maduro rejimində həm emosional, həm də peşəkar baxımdan mühüm rol oynayır, "taxtın arxasındakı güc" kimi təsvir olunur. Flores karyerası boyunca müxtəlif korrupsiya iddiaları ilə üzləşib, o cümlədən 2012-ci ildə həmkarlar ittifaqları tərəfindən qohumlarının işə götürülməsinə təsir göstərməkdə ittiham olunub.

Seçilən
147
publika.az

1Mənbələr