Yaşıl detoks son illər sağlam qidalanma trendi kimi geniş yayılıb. Bu detoks növü əsasən yaşıl yarpaqlı tərəvəzlər, təzə göyərti, meyvə və tərəvəz şirələri hesabına orqanizmin toksinlərdən təmizlənməsini hədəfləyir.
Pravda.az bildirir ki, yaşıl detoks qısa müddətli tətbiq edildikdə bədənin özünü yeniləməsinə dəstək ola bilər.
Yaşıl detoksun əsas faydaları arasında həzm sisteminin rahatlaması, bağırsaq fəaliyyətinin yaxşılaşması və maddələr mübadiləsinin sürətlənməsi göstərilir. Eyni zamanda tərkibindəki vitamin, mineral və antioksidantlar sayəsində immun sisteminin güclənməsinə kömək edə, enerji səviyyəsini artıra bilər.
Qeyd olunur ki, yaşıl detoks zamanı düzgün və balanslı qidalanma vacibdir. Xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar detoksa başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Əminə Bayramova