AZ

Kilsədən Paşinyana cavab gecikmədi

Kilsənin öz milli kilsə məclisi var və bu məclis Erməni Patriarxını seçir.

Milli Məclis Erməni Patriarxını seçib. Bizim bir Erməni Patriarxımız var, kilsənin inzibati işlərini aparacağı və idarə edəcəyi əsrlər boyu davam edən öz qaydaları mövcuddur.

“Cebheinfo.az”-ın məlumatına görə, Eçmiədzin Ana Taxtının II Qaregin adına təhsil mərkəzinin rəhbəri yepiskop Vahan Hovannisyan 10 nəfər yepiskopun və Paşinyanın Patriarxın istefasını tələb edən bəyanat imzalamasına münasibət bildirərkən belə deyib.

“Kilsə bu qaydalara uyğun olaraq xalqına xidmət etməyə davam etməlidir. Dünənki xəbərlərə gəldikdə isə bu barədə məlumatım yoxdur”, - deyə Hovannisyan əlavə edib. 

Eçmiədzin Ana Taxtının Xarici Əlaqələr və Protokol Departamentinin direktoru arxiyepiskop Natan Hovannisyan da Paşinyanın açıqlamasından xəbərsiz olduğunu qeyd edib: 

“Mən bunu görməmişəm. Baxacam və sonra nə olduğunu anlayaram”. 

Seçilən
26
cebheinfo.az

1Mənbələr