AZ

Hasan Can ən böyük peşmanlığını açıqladı: Heyif, getmədim

Tanınmış komediyaçı Hasan Can Kaya karyerasındakı ən böyük peşmanlığını açıqlayıb.

Milli.Az xəbər verir ki, Hasan Can Kaya bildirib ki, dünya şöhrətli rejissor Nuri Bilge Ceylanın Kann Film Festivalında böyük uğur qazanan "Quru Otlar Üstündə" filmi üçün başrol təklifi alıb. Lakin çəkilişlərin Erzurumda baş tutacağı dövrdə işlərinin sıx olması səbəbindən bu təklifi rədd edib. Komediyaçı bu qərarını həyatının səhvi hesab etdiyini və karyerasındakı ən böyük peşmanlığını yaşadığını vurğulayıb.

Hasan Can Kaya açıqlamasında əlavə edib ki, o dövrdə layihələrə və televiziya proqramlarına fokuslandığı üçün bu unikal fürsəti dəyərləndirə bilməyib. O həmçinin qeyd edib ki, bu təcrübə ona karyerasında doğru qərarların nə qədər vacib olduğunu göstərib və gələcəkdə belə imkanları qaçırmamağa çalışacaq.

İsmayıl
Milli.Az

Seçilən
46
1
milli.az

2Mənbələr