AZ

Tiaqo Silva rəsmən “Portu”da!

“Portu” braziliyalı futbolçu Tiaqo Silvanı heyətinə qatıb.

Msport.az xəbər verir ki, oyunçu artıq klubun yeni üzvü kimi Portuya yollanıb.

Transfer bir neçə həftə əvvəl razılaşdırılıb və Tiaqo Silvanın əsas prioriteti məhz “Portu” olub. Razılaşma “Gol International” şirkəti tərəfindən, məşhur menecer Pini Zahavi və agent Paulo Tonietto vasitəsilə həyata keçirilib.

Məlumata görə, tərəflər arasında əldə olunan razılıq bu gündən etibarən qüvvəyə minib və futbolçu rəsmi olaraq “Portu”nun oyunçusu statusunu alıb.

Qeyd edək ki, “Portu” bu transferlə heyətini gücləndirərək növbəti mövsüm üçün planlarını formalaşdırmağa davam edir.

Seçilən
16
msport.az

1Mənbələr