“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi müdafiəçi transfer edib. O, dünən komanda ilə məşqlərdə iştirak edib.
Oyunçunun karyerası barədə hələlik geniş məlumata sahib deyilik. Keyta ləqəbli futbolçu hələ ictimaiyyətə təqdim edilməyib.
Müdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.