AZ

Bakıda 71 yaşlı kişi damdan yıxılıb öldü

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakıda 71 yaşlı kişi evinin damından yıxılıb ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 3-də axşam saat 17 radələrində paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Nazim Məmmədqulu oğlu Hüseynov yaşadığı evin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
oxu.az

2Mənbələr