AZ

Orban: Tramp dünya nizamını darmadağın etdi

BAKI, 5 yanvar. TELEQRAF

Macarıstan Baş naziri Viktor Orban ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduroya qarşı addımlarını hazırkı dünya nizamının dağılmaqda olduğuna dair daha bir sübut kimi qiymətləndirib, amma yeni dünyanın konturlarının hələ formalaşmaqda olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, Budapeştin sülh və təhlükəsizlik yolunda qalmaq niyyətində olduğunu təsdiqləyib.

“Yeni ilin ilk günlərində bizə liberal dünya nizamının dağılmaqda olduğunu xatırladan vacib hadisə baş verdi”, - Orban ABŞ-nin Nikolas Maduronu ələ keçirməyə yönəlmiş hərbi əməliyyatına istinad edərək söyləyib.

Baş nazir vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın bir il əvvəl Ağ Evə qayıdışı liberal dünya nizamına ölümcü zərbə olub:

“Ancaq yeni dünya nizamı formalaşma mərhələsindədir. Qarşımızda daha qeyri-sabit, proqnozlaşdırılmaz, təhlükəli illər var”.

Seçilən
59
2
teleqraf.com

3Mənbələr