AZ

“Səndə bu qədər pul var deyə kökəlirsən” Məşqçilər arasında maraqlı dialoq

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Türkiyə Superkubokunun yarımfinalında baş tutacaq “Qalatasaray” – “Trabzonspor” oyunundan öncə keçirilən mətbuat konfransında baş məşqçilər arasında maraqlı dialoq yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Trabzon təmsilçisinin çalışdırıcısı Fatih Tekke məşqçiliyin çətinliyindən danışaraq çəkisinin azaldığını deyib: “Məşqçilik işi çox çətindir. Mən burada çalışmağa başladıqdan sonra 10 kilo çəki atmışam”. 

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk isə ona cavab olaraq kökəldiyini bildirib. 

F.Tekke O.Buruka “sənin pulun çoxdur, komandadan yüksək səviyyəli oyunçular var və ona görə çəkin artır” cavabını verib. 

Onların bu dialoqu maraqla qarşılanıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
102
1
qafqazinfo.az

2Mənbələr