Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında baş verən silahlı insidentin bəzi təfərrüatı bəlli olub.
"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, insidenti törədən şəxsin hadisə yerindən qaçmasının görüntüləri yayılıb.
Təhlükəsizlik kameralarından əldə edilən görüntülərə görə, hadisəni törədən şəxsin gənc oğlan olduğu müəyyən edilib.
Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.
Xatırladaq ki, hadisə dünən Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verib. Qızıl mağazasının sahibi olan Bayramovlar - ata Telman Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib. Yaralılar Marneulidə yerləşən klinikalara yerləşdirilib. Telman Bayramov müalicə aldıqdan sonra evə buraxılıb, 26 yaşlı Sahib Bayramov isə xəstəxanada keçinib.
"Cebheinfo.az"