İspaniya Müdafiə Nazirliyi rəsmi sosial səhifəsində 8500 ukraynalı hərbçiyə təlim keçdiyini açıqlayıb.
Herbiand.az bildirir ki, bu, Avropa Birliyinin Kiyevə hərbi yardım missiyasının bir hissəsi kimi təlim keçmiş əsgərlərin təxminən 10%-ni təşkil edir.
“AB-nin Ukraynaya hərbi yardım missiyasının bir hissəsi olaraq, İspaniya öz ərazisində 8500 ukraynalı hərbçiyə təlim keçib. Bu, missiyanın üç ildən çox müddətdə Avropada təlim keçmiş ümumi sayın 10%-ni təşkil edir”, - Nazirlik qeyd edib.
Bəxtiyar CƏFƏRLİ