AZ

Bəzi xəstəliklər üzrə epizootik sağlamlıq statusu bərpa olunub

Bakı. Trend:

Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzluheyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, FələstinDövlətinin Tubas, Hevron əyalətlərində, həmçinin ÇininQuanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarındaisə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

TrendAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verirki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən,qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləməmüddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisininyoluxucu xəstəliklərdən qorunması məqsədilə sözügedən regionlaratətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamandamüvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinəmüraciət olunub.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr