
"Türkiyənin F-35 proqramına qayıtması NATO üçün vacibdir”.
Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "BloombergNews"a açıqlamasında deyib.
O bildirib ki, Türkiyə F-35 proqramına yenidən qoşulmalıdır:
“NATO-nun təhlükəsizliyi Türkiyə olmadan mümkün deyil. Türkiyənin Rusiyadan hərbi texnika aldığı üçün proqramdan çıxarılması ədalətsizdir", - deyə Ərdoğan vurğulayıb.
Daşqın HəsənovMissiya.Az