AZ

“Zirə” “Aleksandriya” ilə yoxlama oyunu keçirəcək – ARENA.AZ

Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşacaq “Zirə”nin burada keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Ukraynanın “Aleksandriya” kollektivi ilə qarşılaşacaq.

Bu barədə Ukrayna klubunun rəsmi saytında məlumat verilib. Oyun yanvarın 16-da keçiriləcək.

Xatırladaq ki, “qartallar” yanvarın 3-də Bakıda bir araya gəliblər. Komanda ayın 10-na qədər hazırlığı paytaxtda davam etdirəcək.

Toplanışın ikinci mərhələsi isə Türkiyənin Antalya şəhərində baş tutacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yanvarın 10-dan 17-nə qədər qardaş ölkədə hazırlıq keçəcək. Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır. Digər rəqibin kimliyi hələ bilinmir.

Xatırladaq ki, “Zirə” Premyer Liqanın qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. Paytaxt təmsilçisi keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
153
11
arena.az

4Mənbələr