ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Qalatasaray”ın futbolçusu Mauro İkardi açıqlama verib.
Futbolpress.az xəbər verir ki, klubdan yeni müqavilə təklifi alan argentinalı hücumçu bunları deyib:
“Hazırda danışılası nəsə yoxdur. Müqaviləmin bitməsinə 6 ay var. Klub və mən ən yaxşısının olması üçün çalışacağıq. Son ana qədər bu forma üçün mübarizə aparacam”.
İkardi bu mövsüm 23 oyunda 9 qol vurub. Onun müqaviləsi yayda bitir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.