AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Danimarkanın və Qrenlandiyanın baş nazirləri Amerika prezidentinin bu cür bəyanatlarının qəbuledilməz olduğunu bildiriblər.
“ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi zərurətindən danışmaq tamamilə mənasızdır. Birləşmiş Ştatların Danimarka krallığını təşkil edən üç ölkədən(Danimarka, Qrenlandiya və Farer adaları) heç birini ilhaq etmək hüququ yoxdur”, - Danimarka hökumətinin rəhbəri Mette Frederiksen deyib.
Baş nazir ABŞ-ni “tarixən yaxın müttəfiqinə, eləcə də başqa ölkəyə və başqa xalqa qarşı təhdidləri dayandırmağa” çağırıb. O, VaşinqtonunQrenlandiyadan bununl bağlı artıq cavab aldığını xatırladıb: ada satılmır.
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen də oxşar bəyanatla çıxış edib.
- ABŞ prezidenti “Bizə Qrenlandiya lazımdır” deyəndə, bizi Venesuela və hərbi müdaxilə ilə əlaqələndirirsə, bu, sadəcə olaraq səhv deyil. Bu, hörmətsizlikdir”, - ada hökumətinin başçısı vurğulayıb.
Frederiksen və Nilsenin açıqlamaları Trampın yanvarın 4-də “The Atlantic” nəşrinin jurnalisti Maykl Sererlə söhbətində söylədiyi fikirlərə cavabdır. Jurnalistlə Venesuelada keçirilən hərbi əməliyyatı və Nikolas Maduronun ələ keçirilməsini müzakirə edən Donald Tramp Venesuelanın Amerikanın müdaxiləsi üçün sonuncu ölkə olmaya biləcəyini diqqətə çatdırıb.
- Bizə mütləq Qrenlandiya lazımdır. Bu ada Rusiya və Çin gəmiləri ilə əhatə olunub. Digərləri ABŞ-nin Venesueladakı hərbi əməliyyatının Qrenlandiya üçün nə demək olduğuna qərar verməli olacaqlar”, - Ağ Evin rəhbəri bildirib.
Jurnalist Maykl Şererin sözlərinə görə, Trampın bəyanatı bir gün əvvəl Vaşinqtonun Venesueladakı hərbi əməliyyatı fonunda Qrenlandiyada vəziyyətə “diqqət” verməyə çağıran və Trampın toxunduğu “problemləri həll etdiyini” deyən ABŞ-nin Dövlət katibi Marko Rubioya aiddir.
“Marko dünən mənim haqqımda çox səxavətlə danışdı. Bilirsiniz, mən o zaman Qrenlandiyanı nəzərdə tutmurdum. Amma bizə Qrenlandiya mütləq lazımdır. O, bizə müdafiə üçün lazımdır”, - Amerika lideri bir daha qeyd edib.
Yanvarın 4-də Tramp administrasiyası rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller “X” sosial şəbəkəsində ABŞ bayrağının rənglərində Qrenlandiya adasının xəritəsini yerləşdirərək,başlıqda “Tezliklə” sözünü yazıb. Bu hərəkət Kopenhagenin diqqətindən yan ötüşməyib.
- Mənim ölkəm Danimarkanın ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət tələb edir. Danimarka və ABŞ yaxın müttəfiqlərdir və bu şəkildə birgə işləməyə davam etməlidir”, - Danimarkanın ABŞ-dəki səfiri Yesper Möller Sörensen vurğulayıb.
Xatırladaq ki, Arktikada yerləşən Qrenlandiya Danimarkanın muxtar bölgəsidir. Tramp ikinci prezidentli müddətinin əvvəlindən “milli təhlükəsizlik səbəbindən” Qrenlandiyanı ABŞ-yə birləşdirmək planlarını dəfələrlə açıqlayıb.
2025-ci ilin sonlarında Ağ Evin Qrenlandiya üzrə təyin etdiyi xüsusi nümayəndə adanı ABŞ-nin bir hissəsinə çevirmək üçün çalışacağı vədini verib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta