Türkiyədə illik inflyasiya 30,89% təşkil edib.
Publika.az bu barədə ölkənin Statistika İnstitutuna istinadən məlumat verir.
Məlumatda deyilir: "Aylıq istehlak qiymətləri indeksi 0,89% təşkil edib. İllik inflyasiya 30,89 faiz olub".
Müstəqil İqtisadçılar Qrupu (ENAG) öz növbəsində dekabr ayında inflyasiyanın aylıq olaraq 2,11%, illik olaraq isə 56,14% olduğunu açıqlayıb.