Bakı. Trend:
Türkiyədə illik inflyasiya dekabr ayında 30,9 faizə düşərəkardıcıl üçüncü ayda da yavaşlayıb.
Trend xariciKİV-ə istinadla xəbər verir ki, iqtisadçıların proqnozu 31 faizidi. Aylıq inflyasiya isə 0,9 faizdə qalaraq gözləntilərə yaxınolub.
Məlumata görə bu, Türkiyə Mərkəzi Bankının 2026-cı ildə faizdərəcələrini azaltmağa davam etməsi üçün şərait yarada bilər.
Geyim və nəqliyyat qiymətlərində azalma dekabr göstəricisinəmüsbət təsir göstərib. Lakin ərzaq qiymətləri ay ərzində 2 faizartaraq inflyasiyaya təzyiq yaradıb.
Baza inflyasiya (ərzaq və enerji qiymətləri çıxılmaqla) 31,65faizdən 31,1 faizə düşüb — bu son 4 ilin ən aşağıgöstəricisidir.
Yanvarda isə inflyasiyada daha kəskin azalma gözlənilir. Bunasəbəb kimi hökumətin mülayim vergi artımları və 2026-cı il üçünminimum əməkhaqqının 27 faiz artırılması göstərilir.