AZ

QHT 2025-ci ildə Brüssel və Minsk layihələrində uğurlu iştirak edib - AÇIQLAMA

Rəhbərlik etdiyim Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi bir çox beynəlxalq platformalarda və QHT şəbəkələrində təmsil olunur. Bunlardan biri Qara Dəniz əməkdaşlığı və iqtisadi əməkdaşlıq ölkələrinin vətəndaş cəmiyyəti platforması, eyni zamanda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platformasıdır. Hər iki platforma Avropa Birliyinin layihəsidir. Biz 2011-ci ildən bu beynəlxalq platformalarda fəaliyyət göstəririk.

Bu fikirləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, təşkilat müxtəlif tematik qruplarda, o cümlədən mənim rəhbərlik etdiyi birinci və ikinci işçi qruplarda təmsil olunur, ekspertlər burada aktiv iştirak edir. 2025-ci ildə əməkdaşlıq uğurla həyata keçdi. Dekabrın əvvəlində Brüssel şəhərində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platformasının illik Assambleya toplantısında iştirak etdik və Azərbaycan qeyri-hökumət təşkilatı olaraq, illik dəyərləndirmə nəticəsində “İlin QHT” nominasiyasının qalibi seçildi. Bu, Azərbaycan üçün böyük uğur idi və platformada əməkdaşlığın və Azərbaycanın qeyri-hökumət təşkilatlarının özünü təsdiq imkanlarının göstəricisi oldu:

"Eyni zamanda illər ərzində biz platformada Qarabağ məsələlərində də daimi mövqe nümayiş etdirmişik və bu gün də həmin mövqeyi davam etdiririk. Təşkilatımızın bir neçə istiqamətli çıxışları, tematik görüşlərdə ciddi müzakirələri olmuşdur ki, bu da beynəlxalq əməkdaşlıq imkanlarımızın dərinliyini göstərir.

2025-ci ildə beynəlxalq partnyorlarımızla birlikdə, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platformasına daxil olan Belarus partnyorumuzla Minsk şəhərində uğurlu layihə həyata keçirdik. Layihə Avropa Birliyinin dəstəyi ilə reallaşdı. Belarusda Avropa dillərində təqdimat təşkil etdik, Qərbi Azərbaycan mövzusunu ingilis dilində təqdim etdik, Rus dilinə tərcümə edərək müxtəlif dövlət qurumlarının nümayəndələrinə təqdim etdik. Bu, Zəngəzur və Qərbi Azərbaycan məsələlərini açıq şəkildə təqdim edə bilmək baxımından ciddi uğur idi".

QHT sədri bildiirib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrdə keçirilən böyük toplantılar və təlimlərdə iştirak ediblər:

"Mənim rəhbərlik etdiyim təşkilatın üzvləri Almaniyada 10 aylıq təlim proqramı nəticəsində sertifikatlarla təmin olundu, həm Berlində, həm də Batumda canlı iştirak etdi. Bu, vətəndaş cəmiyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından önəmli oldu".

Seçilən
47
qht.az

1Mənbələr