AZ

Harri Keyn təsdiqlədi: "Böyük ehtimalla, belə də olacaq"

"Bayern Münhen"in hücumçusu Harri Keyn Almaniya nəhəngindəki gələcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış jurnalist və insayder Florian Plettenberq sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:

"Bayern"lə müqavilə yeniləməyim şübhəsiz ki, 100 faiz mümkündür. Böyük ehtimalla, belə də olacaq. Əvvəllər də dediyim kimi, danışıq aparmaq lazımdır. Əminəm ki, bu, baş verəcək. Hazırda isə bütün diqqətimi komandama yönəltmişəm. "Bayern" qədər olmaq istədiyim başqa yer yoxdur".

Ötən il Münhen klubu ilə karyerasının ilk çempionluğunu qazanan Keyn Almaniya Superkubokuna da sahib çıxıb. Cari mövsüm bütün turnirlərdə 30 matça çıxan 32 yaşlı ingilis 33 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
16
1
fanat.az

2Mənbələr