
İranda etirazların davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Trampın təhdidlərindən sonra ölkə hakimiyyəti təcili təhlükəsizlik iclası keçirib.
Missiya.Az xəbər verir ki, bu barədə“The New York Times” qəzeti İranın üç yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki,artan ictimai narazılıq fonunda İranın yüksək dairələrində ölkənin “sağ qalma vəziyyətinə” keçdiyi açıq şəkildə etiraf olunur.
Məlumata görə, Ali Milli Təhlükəsizlik Şurasının iclası Trampın İrana mümkün hərbi zərbə endirilə biləcəyi ilə bağlı açıqlamasından sonra axşam saatlarında keçirilib.
Qeyd olunub ki, görüşdə əsas diqqət etirazların genişlənməsinin qarşısının alınmasına və mümkün hərbi hücum ssenarilərinə yönəlib. İclas zamanı təhlükəsizlik qüvvələrinin etirazlara qarşı minimum güc tətbiqi ilə hərəkət etməsi məsələsi müzakirə olunub.
Daşqın HəsənovMissiya.Az