Bakı. Trend:
Venesuela Prezidentinin vəzifələrini müvəqqəti icra edən DelsiRodriges rəsmi Vaşinqtonu əməkdaşlığa çağırıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, Rodriges bununla bağlı ABŞ PrezidentiDonald Trampa ünvanlanmış müraciətini dərc edib.
Onun sözlərinə görə, Venesuela sülhə və sülh şəraitində birgəyaşayışa sadiqliyini təsdiqləyir və ABŞ və region ölkələri iləsərbəst və hörmətli beynəlxalq münasibətlərin qurulmasını, suverenbərabərlik və müdaxilə etməmə prinsiplərinə əsaslanan əlaqələrinqurulmasını prioritet vəzifəsi kimi görür.
“Prezident Donald Tramp - xalqımız və regionumuz müharibə yox,məhz sülh və dialoqa layiqdir. Bu, həmişə Prezident NikolasMaduronun mövqeyi olub və hazırda bütün Venesuelanın mövqeyidir.Bu, mənim inandığım Venesueladır, həyatımı həsr etdiyimVenesueladır”,- deyə o bildirib.