AZ

Azərbaycanda LED lampaların istifadəsi genişlənir

Bakı.Trend:

Enerji səmərəliliyi siyasətinə uyğun olaraq Azərbaycanda LEDlampaların istifadəsi genişlənir.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Enerji resurslarından səmərəli istifadə və enerjieffektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq,Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərməlampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.

Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarıgücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxilolmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı,idxalı və satışı qadağan olunur.

Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə dəsənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalarüçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.

Aparılan hesablamalar göstərir ki, LED lampalar közərməlampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadibaxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat (7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1 000saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təminolunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vtgücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumiişıqlandırma xərci 14,4 AZN təşkil etdiyi halda, közərməlampalarında bu göstərici 82,2 AZN-ə çatır.

Hesablamalara əsasən, 1 milyon ədəd 60 Vt gücündə közərməlampasının 1 il ərzində istifadəsi 131,4 milyon kVt·saat elektrikenerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyonkubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63,6 min tonkarbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isəelektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6dəfə azalır. Hazırda mövcud 2,7 milyon məişət abunəçisinin 50faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyihalda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı4,86 milyon kVt·saatdan 567 min kVt·saata enə bilər.

Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1%) ilə gözsağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarındabu göstərici 13 faizdir. Bundan əlavə, LED lampalar civə və digərtoksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismarmüddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı dahadayanıqlıdır.
Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması vəLED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyininartırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitəmənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerjiistehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Odur ki,vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəliişıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.

Məqalədə:
Seçilən
118
az.trend.az

1Mənbələr