AZ

Türk ulduz Rusiya klubunun təklifini rədd etdi

“Fənərbaxça”nın və futbol üzrə Türkiyə yığma komandasının üzvü Oğuz Aydın Rusiyanın ÇSKA Moskva komandasında oynamaqdan imtina edib. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, ulduz futbolçu heç bir şərt daxilində Moskva klubuna keçməyəcəyini açıqlayıb.Oğuz Aydının bu qərarından sonra İstanbul təmsilçisi onu satmaqdan imtina edib.Transfer baş tutsaydı, ÇSKA Moskva “Fənərbaxça”ya 6 aylıq icarə haqqı olaraq 650 000 avro ödəyəcəkdi və Oğuz 10 matçda oynasaydı, 6 milyon avroluq alış opsionu aktivləşdiriləcəkdi.

Qeyd edək ki, ÇSKA Moskva Rusiyanın ən köklü komandalarından biridir. 2005-ci ildə UEFA Kubokunun sahibi olan komanda bu kuboku qazanan ilk Rusiya klubudur.

Seçilən
59
metbuat.az

1Mənbələr