AZ

Keyn gələcəyi ilə bağlı qərarını qətiləşdirdi - "Əminəm ki, danışıq baş tutacaq"

"Bayern"in hücumçusu Harri Keyn münhenlilərlə müqaviləsinin uzadılması ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, insayder Florian Plettenberq ingilis forvardın dediklərini sosial media hesabı üzərindən belə çatdırıb: 

"Bayern" ilə müqavilənin uzadılması? Bəli, bu, mümkündür. 100 faiz. Əvvəllər də dediyim kimi, bu danışıqlar aparılmalıdır. Əminəm ki, danışıq baş tutacaq, amma hazırda cari mövsümə diqqət yetirirəm. Müqavilənin uzadılması ehtimalı böyükdür. Hazırda "Bayern" qədər olmaq istədiyim yer yoxdur".

Qeyd edək ki, Harri Keyn 2025-ci ilin yayında "Bayern Münhen" ilə Almaniya çempionluğunu qazanıb və bu, 32 yaşlı futbolçunun karyerasında ilk kubok olub. Hücumçu daha sonra klubla Almaniya Super Kubokunu əldə edib. Bu mövsüm o, bütün yarışlarda 30 oyuna çıxıb, 33 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
9
fanat.az

1Mənbələr