AZ

Tunis millisi baş məşqçisiz qaldı

Afrika Millətlər Kubokunda mübarizəni dayandıran Tunis millisinin baş məşqçisi Sami Trabelsi istefaya göndərilib.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

Turnirin 1/8 finalında Maliyə məğlub olan yığmanın çıxışı rəhbərliyi qane etməyib. 57 yaşlı mütəxəssislə birlikdə köməkçiləri də komandanı tərk edib.

Qeyd edək ki, Tunis seçməsinin Mali ilə görüşünün əsas vaxtı 1:1 nəticələnib. Penaltilər seriyasında isə tunislilər uduzublar. 

Sami Trabelsi 2025-ci ilin fevralında komandanın baş məşqçisi təyin olunmuşdu.

Seçilən
17
fanat.az

1Mənbələr