AZ

TRIPP Amerika biznesi üçün Cənubi Qafqazda imkanlar açacaq - USACC icraçı direktoru (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təkcəiri korporasiyalar üçün deyil, həm də ABŞ-nin kiçik və orta biznessubyektləri üçün imkanlar açacaq.

Bunu Trend-əverdiyi özəl müsahibədə Amerika–Azərbaycan Ticarət Palatasının(USACC) icraçı direktoru Natiq Baxışov bildirib.

Onun sözlərinə görə, USACC tərəfindən 2025-ci ilin dekabrındatəşkil olunan səfirlərin dəyirmi masası TRIPP konsepsiyasınınmüzakirəsi baxımından mühüm mərhələ olub. Tədbir diplomatikmissiyaları, ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələrini vəözəl sektoru bir araya gətirib. Bu, ABŞ Prezidenti Donald Tramptərəfindən avqust ayında Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilənzirvə-görüşündə TRIPP-in elan edilməsindən sonra ilk geniş müzakirəplatforması olub.

“TRIPP-in əsas məqsədi ticarət, sahibkarlıq və əlaqəliliyininkişafı vasitəsilə rifahı təmin etməklə dayanıqlı sülhə töhfəverməkdir. Bu yanaşma Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrininsəfirlərinin mövqelərində aydın şəkildə əks olunurdu. İlkinmərhələdə daha çox ayrı-ayrı ölkələrə yönəlmiş təşəbbüs kimi qəbuledilən TRIPP zamanla ABŞ-nin bütün region üzrə genişlənmişkommersiya iştirakını cəlb edə bilən daha geniş regionalplatformaya çevrilib”, – deyə Natiq Baxışov qeyd edib.

USACC-nin icraçı direktorunun fikrincə, TRIPP-informalaşdırılması prosesi başa çatdıqdan sonra o, Orta Dəhlizinəsas kommersiya sütunlarından birinə çevrilə bilər.

“Amerika dövlət qurumlarının TRIPP-in gələcəyininformalaşdırılmasında özəl sektorla birbaşa əməkdaşlığa hazır olmasıbizdə xüsusi ruh yüksəkliyi yaratdı. USACC-nin dəyirmi masası buaçıq yanaşmanı aydın şəkildə nümayiş etdirdi: ABŞ DövlətDepartamentinin, Ticarət Nazirliyinin, eləcə də ABŞ Beynəlxalqİnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) yüksəkvəzifəli nümayəndələri səmimi və məzmunlu müzakirələrdə iştiraketdilər.

Mövqelərin uzlaşması baxımından da iştirakçı ölkələrin regionaləlaqəlilik, ticarətin genişləndirilməsi və ABŞ-nin kommersiyaiştirakının dərinləşdirilməsi məsələlərində baxışlarının üst-üstədüşməsi bizi ruhlandırdı. Təbii olaraq milli prioritetlərin fərqliolmasına baxmayaraq, TRIPP-in regional platforma kimi stratejidəyərinə dair vahid, gələcəyə yönəlmiş anlayış mövcud idi”, – deyəo əlavə edib.

Natiq Baxışov vurğulayıb ki, TRIPP-in regionda əlaqəliliyingələcək inkişafına əhəmiyyətli töhfə verməsi üçün bütün zərurielementlər – ABŞ hökumətinin güclü dəstəyi və aydın müəyyən edilmişkommersiya məqsədləri mövcuddur.

“Prezident Trampın biznesyönümlü yanaşmasını əks etdirənTRIPP-in əsas üstünlüklərindən biri ondan ibarətdir ki, təşəbbüsənənəvi əlaqəlilik anlayışlarının hüdudlarını aşaraq infrastrukturinvestisiyalarını, normativ çərçivələrin koordinasiyasını və özəlsektorun iştirakını vahid strateji platformada birləşdirir.

TRIPP-in uzunmüddətli uğuru onun daha geniş regional sistemə nədərəcədə inteqrasiya olunmasından asılı olacaq ki, bu dahökumətlər, yerli şirkətlər və ABŞ tərəfdaşları arasında sıxəməkdaşlıq tələb edir. Bu kontekstdə ABŞ-nin regionda inteqrasiyavə proseslərin harmonizasiyası istiqamətində səylərə dəstəyihəlledici əhəmiyyət daşıyacaq”, – deyə USACC-nin icraçı direktoruvurğulayıb.

Natiq Baxışov bildirib ki, TRIPP ABŞ-nin Cənubi Qafqaz vəMərkəzi Asiyada yenilənmiş iştirakının əsas elementlərindən birinəçevrilərək həm iqtisadi əlaqəliliyi, həm də daha geniş stratejimaraqları gücləndirir.

“TRIPP-in ticarət və əlaqəliliyin inkişafı yolu ilə sülhə vərifaha töhfə verməkdən ibarət olan əsas konsepsiyası Azərbaycanınregional inteqrasiyaya dair uzunmüddətli yanaşmasının təməlprinsipləri ilə tam uyğunluq təşkil edir. Sovet İttifaqınındağılmasından sonra müstəqilliyini bərpa etdiyi vaxtdan etibarənAzərbaycan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Qars dəmiryolu kimi flaqman layihələr, eləcə də regional və daxiliinfrastrukturun inkişafına yönəlmiş genişmiqyaslı investisiyalarvasitəsilə regional inteqrasiyaya ardıcıl şəkildə sərmayəqoyub”.

Seçilən
123
4
az.trend.az

6Mənbələr