Arıçılıq subyektləri təhlükəli arı xəstəlikləri müşahidə etdikdə icra hakimiyyəti orqanına dərhal məlumat verməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Zərərvericilərə qarşı mübarizə tədbirləri də yalnız müəyyən olunmuş qaydalara uyğun aparıla bilər.
Müalicə prosesində yalnız təsdiqlənmiş dərman vasitələrindən istifadə edilməsi tələb olunur.