GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dekabrın 25-də baş verən yol nəqliyyat hadisəsi nəticəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb.
Globalinfo.az-ın xəbərinə görə, Mərkəzi Klinik Xəstəxanadan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalır: “Sərxan Hüseynli pediatrik reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır”.
Xatırladaq ki, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.