Azərbaycan Voleybol Federasiyasının (AVF) kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib.
Fanat.Az xəbər verir ki, məlumatı AVF-nin mətbuat xidməti yayıb.
O, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma” və Niderlandın “Slidrext” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.
Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.