AZ

"Bayern Münhen"in futbolçusu "Real Madrid"ə keçməyi xəyal edir

Almaniyanın "Bayern Şünhen" klubunun yarımmüdafiəçisi Lennart Karl bir gün "Real Madrid" ə keçməyi xəyal etdiyini dilə gətirib.

Fanat.Az xəbər vedir ki, "Sky Sport" Karlın dediklərini belə çatdırıb:

"Bayern" böyük klubdur. Orada oynamaq fəxrdir. Amma nə vaxtsa mütləq "Real Madrid"ə keçmək istəyirəm. O, mənim xəyalımdakı klubdur". 

Karl bu mövsüm "Bayern"in heyətində bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədərdir.

Seçilən
29
fanat.az

1Mənbələr