“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem klub rəhbərliyindən həmyerlisi və “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonu transfer etməyi xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə “E-Notícies” məlumat yayıb.
Mənbənin məlumatına görə, Belinqem əmindir ki, 21 yaşlı futbolçu “kral klubu” üçün “ideal əlavə” olacaq.
Kristal Pelas”ın Uortonu 80 milyon avrodan aşağı qiymətə satmayacağı vurğulanır.