Məşhur milyarder İlon Maskın "SpeysX" şirkətinə məxsus "Starlink" şirkəti Ermənistanın ucqar yaşayış məntəqələrindəki məktəblərdə internetə çıxışı yaxşılaşdırmaq üçün 100-dən çox terminal bağışlayacaq.
Publika.az Axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan deyib.
Nazir terminalların əsasən ucqar və əl çatmayan yaşayış məntəqələrində yerləşən məktəblərə yönəldiləcəyini bildirib.