“Çelsi”nin keçmiş baş məşqçisi Entso Mareska müqaviləsi vaxtından əvvəl ləğv edildiyi üçün 14 milyon funt sterlinq (16,1 milyon avro) təzminat almaq hüququna malik idi.
Publika.az xəbər verir ki, italiyalı məşqçinin müqaviləsi 2029-cu ilə qədər qüvvədə idi və uzadılması imkanı da var idi.
Cümə axşamı, 1 yanvar tarixində London klubu Mareskanın işdən çıxarıldığını elan etdi.
“The Sun” qəzetinin məlumatına görə, 45 yaşlı məşqçi “Çelsi” rəhbərliyinin qərarından o qədər qəzəblənib ki, müqaviləsinin ləğvi şərtlərini onlarla müzakirə etməkdən imtina edib. Bundan əlavə, Mareska tibbi göstərişlərə baxmayaraq oyunçuları oynamağa məcbur etməklə onların sağlamlığını riskə atmağa hazır olduğu barədə iddialardan qəzəblənib.