AZ

Şəmkirdə 12 min ton ot bağlaması yandı FOTO

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şəmkirdə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Belə ki kənd sakininə məxsus fermanın həyətində yığılmış ot bağlamasında anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib. Qısa müddət ərzində alovun qarşısı alınıb. Yanğın zamanı fermanın həyətində toplanmış 12 min ot bağlaması yanıb.

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
10
unikal.az

7Mənbələr