AZ

"Mançester Siti" "Çelsi" ilə oyunda qələbəni əldən verib, "Liverpul" xal itirib

Bakı. Trend:

İngiltərə Premyer Liqasında XX tura yekun vurulub.

Trend-inməlumatına görə, turun bağlanış oyununda "Mançester Siti" özmeydanında "Çelsi"ni qəbul edib. Tərəflərin hərəyə bir dəfəfərqləndiyi matçda qalib müəyyənləşməyib - 1:1.

Görüşdə hesabı meydan sahibləri açıblar. Ticani Reynders 42-cidəqiqədə rəqib qapısına yol tapıb. Qonaqlar əsas vaxta əlavəolunmuş 4-cü dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. EnzoFernandes London klubuna Mançester səfərində 1 xal qazandırıb.

Bu nəticədən sonra turnir cədvəlində "Mançester Siti" 42 xalla2-ci, "Çelsi" isə 31 xalla 5-cidir.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Lids Yunayted" - "Mançester Yunayted" - 1:1

"Tottenhem" - "Sanderlend" - 1:1

"Nyukasl" - "Kristal Pelas" - 1:1

"Everton" - "Brentford" - 2:4

"Fulhem" - "Liverpul" - 2:2

Seçilən
122
33
az.trend.az

10Mənbələr