Ötən gün Gəncədə bir-birinə bitişik evlərdə baş verən yanğın zamanı evlərin birində 54 yaşlı kişi meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, meyiti tapılan 1972-ci il təvəllüdlü C.Zeynalovdur. Məluamta görə, həmin şəxsin yanmış meyiti tapılıb.
Qeyd edək ki, hadisə ötən gün səhər saatlarında şəhərin Faiq Bayramov küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yaşayan şəhər sakini 1974-cü il təvəllüdlü Zemfira Əliyevaya məxsus 90 kvadrat metrə yaxın olan fərdi yaşayış evində anidən başlayıb. Güclü yanğın qonşuluqda yaşayan şəhər sakinləri 1958-ci il təvəllüdlü İntizam Əliyeva və 1971-ci il təvəllüdlü Elmir Quliyevə məxsus evlərə keçib.
Nəticədə Zemfira Əliyevaya məxsus ev tamamilə,digər evlərin isə dam örtüyü yanıb.
Tural Əhmədov