AZ

Əks istiqamətdə hərəkət edən "KamAZ" qəzaya səbəb oldu

 Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"
xəbər verir ki, əks istiqamətdə hərəkət edən "KamAZ" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına düşüb.

Faktla bağlı araşdırma aparılır. 

Seçilən
124
16
unikal.az

10Mənbələr