ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.
İsveçrə hökuməti Yeni il ərəfəsində Krans-Montanadakı bar yanğınında həlak olanların xatirəsinə 9 yanvar tarixini milli matəm günü elan etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Qay Parmelin bildirib.
Cümə günü yerli vaxtla saat 14:00-da milli həmrəylik əlaməti olaraq İsveçrədə kilsə zəngləri çalınacaq. Parmelinin sözlərinə görə, həmin vaxt bir dəqiqəlik sükut da qeyd olunacaq.
Bir dəqiqəlik sükut və kilsə zənglərinin çalınması Krans-Montanadakı anım mərasimi ilə eyni vaxtda baş tutacaq.
İsveçrə Prezidenti nazirlərlə birlikdə mərasimdə iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.