AZ

İsveçrə matəmə hazırlaşır

İsveçrə hökuməti Yeni il ərəfəsində Krans-Montanadakı bar yanğınında həlak olanların xatirəsinə 9 yanvar tarixini milli matəm günü elan etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Qay Parmelin bildirib.

Cümə günü yerli vaxtla saat 14:00-da milli həmrəylik əlaməti olaraq İsveçrədə kilsə zəngləri çalınacaq. Parmelinin sözlərinə görə, həmin vaxt bir dəqiqəlik sükut da qeyd olunacaq.

Bir dəqiqəlik sükut və kilsə zənglərinin çalınması Krans-Montanadakı anım mərasimi ilə eyni vaxtda baş tutacaq. 

İsveçrə Prezidenti nazirlərlə birlikdə mərasimdə iştirak edəcək.

Seçilən
142
4
unikal.az

10Mənbələr