İtaliyanın “Milan” klubu “Beşiktaş”ın gənc müdafiəçisi Emirhan Topçu ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, tanınmış jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, “rossonerilər” futbolçunu geniş transfer siyahısına salıb və hazırda onun çıxışlarını izləyir.
Hələlik rəsmi təklif göndərilməsə də, mövsümün gedişindən asılı olaraq danışıqların başlaya biləcəyi istisna edilmir.
Klub rəhbərliyi Emirhan Topçunu perspektivli oyunçu kimi dəyərləndirir.